Diz RF
Diz ağrıları
Diz aşağı ətrafın ikinci böyük oynağıdır. Bu üç sümük -qamış bud sümükləri və diz qapağından təşkil olunmuş oynaqdır. Bu üç sümüyün oynaq səthləri bir yerdə aşağı ətraflarımızın normal hərəkətini təmin edən diz oynağını əmələ gətirir. Oynaq səthləri qığırdaqla örtülü olub aralarında isə oynaq səthlərini bir-birinə uyğunlaşdıran
menisklər vardır.Oynaq boşluğu sinovial maye ilə dolu olub,oynaq kapsulu ilə əhatə olunmuşdur.
Diz oynağı kompleks bir sistemdir. Diz oynağının hərəkətində dörd bağ sümüklərlə birləşərək oynağın hərəkətini təmin edir.Yanlardan medial və lateral kollateral bağlar, oynaq daxilində isə ön və arxa çarpaz bağlar.Bu strukturlarda baş verən hər hansı travmatik və ya iltihabi dəyişiklik ağrılarla müşaiyət olunur.Diz ağrıları oynaqda baş verən patoloji hala bağlı olaraq tutqunluq,şişkinlik,hərəkət məhdudluğu,hərəkət zamanı oynaqdan gələn səslər və s ilə yanaşı ola bilər.
Bundan başqa diz qapağı vətəri-patellar tendonun da tez-tez zədələnmələrinə rast gəlinir.Bu vətər diz qapağı ilə qamış sümüyünü birləşdirir və daha çox hündürlüyə tullanma ilə məşğul olanlarda zədələndiyindən bu patologiyaya "Jumper"s knee adı verilmişdir. "Jumper"s knee kifayət qədər ciddi problemdir.
Diz oynağı ətrafında bir sıra əzələlər vardır.Bunlardan əsasən arxa qrup ,dizi bükən-Hamstring əzələləri və ön qrup-dizi açan dördbaşlı əzələni qeyd etmək vacibdir.Hər bir əzələ müvafiq vətər vasitəsilə sümüklə birləşir.Bu əzələlərin yığılması hərəkəti təmin edir.Əzələlərdə baş verən yırtıq,şişkinlik,hematoma həmin nahiyələrdə ağrıya səbəb olur.
Və nəhayət diz oynağında sümüklərlə vətərlər arasında sürtünməni asanlaşdıran kisələr-bursalar vardır.Bu kisələr də müxtəlif səbəblərdən iltihablaşa və ağrı verə bilər ki,bu patologiyaya da bursit deyilir.İltihablaşma nəticəsində bursa divarlarında daha şox ancaq keyfiyyətsiz maye ifraz olunur ki,bu da şişkinliyə səb ola bilir.Housemade bursits deyilən forma daha çox dizini yerə qoyub çalışan insanlarda əmələ gəlir.
Dizin iç və aşağı səthində hamstrinq əzələ vətərlərinin altında qaz ayağı kisəsi-pes anserine bursa yerləşir.Bu kisə də artritlər,travmalar, nəticəsində iltihablaşır.
.
Kimdə diz ağrısı daha çox olur?
Hər bir insanda diz ağrısı riski vardırArtrinlər diz ağrılarının əsas səbəblərindəndir.Bu həm də qığırdaq toxumasının yeyilərək keyfiyyətinin azalması ilə müşaiyət edilən osteoatrit xəstəliyinə başlanğıc verir.Yaşı və çəkisi çox olan insanlarda vəxüsusən qadınlarda oynaq qığırdağının nazikləşməsinə daha tez - tez rast gəlinirRevmatoid artrit xəstəliyi zamanı isə daha çox kiçik oynaqlar zədələnir.
Təbii ki ,bundan başqa diz ağrısına çoxlu səbəblər ola bilər.Məsələn,bilavasitə travma xüsusən də atletlərdə bu səbəblərdən biridir.Futbolistlərdsə isə bağlarınzədələnməsinə daha çox rast gəlinir.
Bundan başqa qaçış zamanı xüsusən də istiqaməti tez-tez dəyişdikdə bağlar daha çox gücə düşə bilir. Xizəksürmə zamanı ön çarpaz bağların zədələnmə ehtimalı yüksəkdir.Yıxılmalar və müxtəlif qəzalar nəticəsində də dizlərdə ağrı yarana bilir ki ,bu da hərəkət məhdudluğua və xroniki ağrılara səbəb ola bilir.
Diz oynağı artrozu zamanı necə ağrılar olur?
Diz oynağı ağrıları kompleks səbəblər nəticəsində də baş verə bilər.Bu ağrılar hərəkət zamanı,yük qaldırdıqda,sakit vəziyyətdə və s.ola bilər.Bir sıra ağrılar diz oynağındakı hərəkət pozgunluğundan yarana bilər.Bağ zədələnmələrinəticəsində qamış sümüyünün bud sümüyünə nəzərən yerdəyişməsi meydana çıxır.Bu zaman diz oynağı üzərindəki yükü kontrollu şəkildə saxlaya bilmir.
Osteoartritlər zamanı da oynaq müqaviməti ilə üzərinə düşən yük arasında disbalan yaranmış olur və bu proses qığırdaq toxumasının daha tez keyfiyyətdən düşməsi o cümlədən iltihabi prosesin artmasına səbəb olur.
Menisk problemləri zamanı sümük yerdəyişmələri müşahidə edilməsə də hərəkət zamanı siz daha çox boşluğz düşmə ,oynaqda səs və ağrı kimi əlamətlərlə rastlaşmış olursunuz.Hərəkətin və çəkinin çoxluğu ağrını daha şiddətli edir.
Müalicə
Bir sıra diz ağrıları dincəlmək,buz qoymaq,kompressiya etmək və ya ayağı qaldırmaq kimi konservativ üsullarla sakitləşir.Bir sıra ağrı və iltihab əleyhinə olan dərmanlar ağrı və şişkinliyin aradan qaldırılmasına kömək edir.(təbii ki,bu dərmanları həkim məsləhəti ilə qəbul emək tövsiyyə olunur.) Daha ağır hallarda güclü iltihab əleyhinə preparatları və fizioterapiya üsullarının birgə tətbiqi böyük rol oynayır.Kompression trikotaj oynağın bağ,vətər aparatını stabilləşdirərək ağrını azaltmaqla yanaşı hərəkəti yaxşılaşdırır.
Əgər bütün yuxarıda sadalanan metodlar sizin ağrıları sakitləşdirmirsə o zaman ağrı mütəxəssisi ilə məsləhətləşmək çox faydalı ola bilər.Diqqətli müayinədən sonra oynağın görüntüləmə metodları ilə dəyərləndirilməsi lazım gəlir.Rentgen sümük toxumasında olan dəyişiklikləri,oynaq yarığı məsafəsini qiymətləndirmək üçün gərəkli üsuldur.Ancaq oynaqlardakı iltihab,bağ,vətər zədələnmələri,mayenin miqdarını,qığırdaq toxumasının ,ümumən yumşaq toxumaların durumunu bilmək üçün oynaqların ultrasəs və MRT müayinəsi məsləhət görülür. Bundan sonra sizin ağrı mütəxəssisiniz diz ağrılarınızın azalması və hərəkət məhdudiyyətinin aradan qalxması üçün bir müalicə proqramı təqdim edəcəkdir.Oynaq daxili steroid inyeksiyaları oynaqdakı şişkinlik,iltihab və ağrınya kömək edir.
Degenerativ xəstəliklər xüsusən artrozlar zaman geniş istifadə edilən oynaq mayeləri isə oynaq daxili amortizasiya yaratmaqla yanaşı, oynaq qığırdağı səthlərini sürtünmədən və beləliklə dağılmadan qoruyur.
Oynaq daxili PRP üsulu isə qığırdaq toxumasının bərpa olunmasına kömək edir o cümlədən də tendinitlər,tendinozlar zamanı çox faydalı hesab edilir.
Bu inyeksiyaların ağrı mütəxəssisi tərəfindən ultrasəs kontrolunda aparılması prosedurun təhlükəsiz,dəqiq v ə effektiv olması üçün çox vacibdir.
Ağır dərəcələli artrozlar,travmalar zamanı isə xəstənin dəyərləndirmə ,artroskopik əməliyyat və ya endoprotezləşmə əməliyyatı aparılması məqsədilə ortopedlərə yönəldilməsi tövsiyyə edilir.
Əgər ortoped tərəfindən əməliyyat üçün uyğun olmadığınız haqqında məlumatlanırılsaz və ya əməliyyatdan sonra yenidən dizinizdə ağrılar olarsa bu zaman yenidən ağrı mütəxəssinizlə məsləhətləşmək lazım gələcəkdir.Bu hallarda ağrı mütəxəssisləri tərəfindən sizə təklif ediləcək ən faydalı üsul oynaqdan ağrını mərkəzə daşıyan sensor-hissi sinir uclarının radiofrekans metodu vasitəsilə denervasiya proseduru olacaqdır.Nəticədə patoloji siqnalların beyinə ötürülməsinin qarşısı alınır və sizin ağrılar azalmış,həyat keyfiyyətiniz isə yüksəlmiş olur.
Həkiminiz hər bir situasiyada hansı müalicə üsulunun sizin üçün daha faydalı olduğunu söyləyəcəkdir.