Ağrı diaqnoz deyil — əlamətdir. Eyni bel ağrısının arxasında disk problemi, faset oynaq aşınması, sakroiliak oynaq və ya sinir sıxılması dayana bilər. Ona görə də müalicəyə başlamazdan əvvəl ağrının mənbəyini dəqiqləşdirmək əsas prinsipimizdir.
Necə işləyirik
- Müayinə və söhbət. Ağrının nə vaxt başladığı, nə ilə artdığı, hansı hərəkətlərin çətinləşdiyi — bu məlumatlar görüntüləmə qədər dəyərlidir.
- Mövcud nəticələrin təhlili. Əlinizdə olan MRT, rentgen və analizləri gətirin; təkrar müayinələrin qarşısı alınır.
- Pilləli müalicə. Ən az müdaxilə tələb edən üsuldan başlanır: hərəkət rejimi və fizioterapiya, sonra lazım olduqda dərman, daha sonra girişimsel müalicə.
- Təsvir nəzarəti. Prosedurlar USM və ya flüoroskop nəzarəti altında aparılır — «təxmini» iynə yeridilməsi ilə müqayisədə daha dəqiq və təhlükəsizdir.
- Diaqnostik blokada. Ağrının mənbəyi şübhəlidirsə, əvvəlcə diaqnostik blokada edilir: ağrı azalırsa, mənbə təsdiqlənir və müalicə ona yönəldilir.
Nəyi vəd etmirik
Heç bir prosedur bütün pasiyentlərdə eyni nəticə vermir. Ağrının səbəbi, müddəti, yanaşı xəstəliklər və həyat tərzi nəticəyə təsir edir. Gözlənilən fayda və mümkün risklər prosedurdan əvvəl sizinlə açıq müzakirə olunur; qərar birlikdə verilir.
Cərrahiyyə lazım olduqda
Bəzi hallarda düzgün addım cərrahi müalicədir. Belə vəziyyətlərdə vaxt itirmədən uyğun mütəxəssisə yönləndirmə edilir — məqsəd prosedur satmaq yox, ağrınızı azaltmaqdır.