PRP inyeksiyası (Trombositlə zəngin plazma)

PRP Nədir?

PRP və ya trombositlə zəngin plazma terapiyası insanın özündən alınan qanın müxtəlif proseslərdən keçərək orqanizmdə müalicəsi planlaşdırılan toxumalara yeridilməsi şəklində tətbiq edilən müalicə üsuludur. 

PRP zədələnmiş vətər, bağ, əzələ və oynaqların sağalmasını sürətləndirmək üçün istifadsə olunur

Osteoartrozların müalicəsi zamanı oynaqdaxili PRP inyeksiyalarında məqsəd:

  • Ağrını azaltmaq
  • Oynaq funksiyasını yaxşılaşdırmaq
  • Zədələnmiş oynaq qığırdağının bərpasına kömək etməkdir.

Trombositlə doymuş plazma insanın öz qanından hazırlanır.Adından göründüyü kimi bu zaman inyeksiya edilən plazmanın tərkibi trombositlərlə zəngin olur.

Plazma nədir? Plazma qanın maye hissəsi olub ,tərkibi əsasən sudan ,zülal,şəkər,digər qidalı maddələr  və anticismlərdən ibarətdir.

Trombosit nədir?Leykositlər və eritrositlər kimi trombositlər də qanın normal komponentlərindən biridir.Trombositlər təkcə,özbaşına zədələnmələri bərpa etmək gücünə malik deyil.Prosesin sirri böyümə faktoru adlanan maddə və o cümlədən toxumaların regenerasiyasını və zədələrin sağalmasını stimulyasiya edən digər tənzimləyici zülallardadır.Trombositlərin digər vacib funksiyası qanın laxtalanma prosesidə iştirakıdır.Trombositlərin normadan aşağı olması qanaxmalara meyli artırır və hətta kiçik zədələr belə ciddi qan itkisi ilə müşahidə oluna bilir.