Bel Faset RF

Faset oynaqların xəstəliyi və ya faset sindrom nədir?

Faset oynaqlar onurğanın arxa ,yan tərəflərində yerləşən cüt oynaqlar olub onurğanın müxtəlif hərəkətlərini təmin edir. Bu oynaqlar da diz oynaqlarına bənzəyir. Belə ki,oynaq boşluğunun olması,bu boşluğun sinovial kapsulla əhatə olunaraq oynaq mayesi ilə dolu olması, oynaq səthlərinin

qığırdaq toxuması ilə örtülməsi və s bu oxşarlığı deməyə əsas verir.

                Hər bir faet oynaq üst-üstə yerləşən iki fəqərənin artikulyar-oynaq şıxıntlarından əmələ gəlir.Aşağıdakı oynağın yuxarı oynaq şıxıntısı səthi ilə yuxarıdakı oynağın aşağı oynaq şıxıntısı səthi müvafiq faset oynağı əmələ gətirir.

                Bu oynaq səthləri hərəkəti təmin edən qığırdaq səthlərlə örtülüdür. Faset oynaqlar bir sıra insanlarda problem yaratmadıqda onlar hətta bu oynaqların varlığından xəbər4siz olurlar.Ancaq bu oynaqlarda artroz başladıqda və ya müxtəlif səbəblərdən oynağı əhatə edən kapsul cırıldıqda bu insanlar beldə və boyunda güclü ağrı hiss edirlər.Bu ağrılar hərəkət zamanı əsasən də arxaya və yanlara əyildikdə daha da şiddətli olur.

                Önə əyilən zaman faset oynaqlara düşən pressinq azaldığından bu xəstələrdə ağrılar nisbətən yüngülləşə bilir.

 

 

Faset ağrıları daha çox kimlərdə olur?

                Travmalar zamanı faset oynaqların zədələnməsinə tez-tez rast gəlinir..Bundan başqa oynaqların bir sıra degenerativ və iltihabi xəstəlikləri  xüsusən də  bu sırada artroz və revmatoidli artyrit xəstəliyi faset oynaq ağrılarına səbəb olur.

                Fəqərə arası disk hündürlüyünün azalması nəticəsidə də faset oynaqlara düşən yük artır və xəstə ağrı hiss edir.Disklər degenarasiya nəticəsində nazikləşır,bir sıra hallarda isə cırılır ki,bu da fəqərəarası məsafənin azalmasına və faset oynaqlarda da patoloji prosesin başlamasına səbəb olur.

                Faset oynaq ağrıları əsasən 40 yaş üzərində insanlarda tez-tez rast gəlinir.Bununla yanaşı ağır işlər və  kontakt idmanı ilə məşğul olan şəxslərdə daha erkən yaşlarda da faset ağrıları əmələ gələ bilər.Faset oynaqlardan aşağı bel və boyun fasetləri daha tez-tez degenerativ prosesə məruz qalır.

 

 

 

 

 

                Revmatoidli artrit xəstəliyi də osteoartritlərlə yanaşı faset iynaq ağrıları verən əsas xəstəliklərdəndir.Revmatoid artrit zamanı immun sistemin patoloji aktivləşməsi nəticəsində oynaq strukturlarında dağılma baş verir.Belə ki,orqanizm tərəfindən oynaq kapsulu yad bir maddə olaraq qəbul edilir və onu sıradan çıxarmağa qarşı mübarizə başlanır.

                Adətən bu proses öncə kiçik oynaqlarda -əllərdə,ayaqlarda sonra böyük oynaqlarda və xüsusən dizlərdə başlayır ,müəyyən mərhələdə faset oynaqlar da prosesə cəlb olunur.Bu zaman immunosupressiv müalicə aparılması lazım gəlir.

 

                Faset mənşəli bel ağrıları necə olur?

                Bir sıra bel və boyun ağrıları faset5 oynaqların zədələnməsi nəticəsində meydana çıxır.Tez-tez hallarda bu oynaqları bürüyən əzələlər spazma uğrayır ki bu da istənilən kiçik hərəkət zamanı beldə ağrı olmasına səbəb olur.Bu zaman faset oynaqların proyeksiyasına uyğun olaraq paravertebral sahəyə  barmaqlarla yüngül təzyiq edildikdə də xəstə ağrı hiss edir.Bir çox xəstələr həmişəki normal addımlarla yeriyə bilmədiklərini deyirlər.Bəzən faset oynaq ağrılarının əlamətləri fəqərə diski yırtıqlarının əlamətləri ilə bənzər ola bilər.Yalnız bu zaman ağrılar aşağı ətraflarda ayağa qədər deyil diz qədər yayılmış olur.

                Oxşar olaraq boyunda olan faset ağrılar da şiyin,döş,yuxarı ətraflara yayılsa da fəqərə diski yırtığında olduğu kimi barmaqların ucunadək davam etmir.

        

                Müalicə

                Ağrı mütəxəssisi kompleks ağrı müalicə prosedurlareı ilə sizin bel və boyunda faset oynaqlardan qaynaqlanan ağrılarızı  müalicə edir.Medial şaxə bloku faset oynaqlardan ağrı siqnallarını mərkəzə daşıyan sinir uclarının blok edilməsidir.

 

Bu prosedur əsasən diaqnostik məqsədlə aparılır .Belə ki ,əgər bu şaxələrin bloku zamanı ağrı qısa müddətli olsa da dayanırsa deməli bu ağrılar faset oynaqlardan başlayır.Və əminlik yarandıqdan sonra xəstədə medial şçaxənin radiofrekansla ablasiya proseduru aparılır ki, bunun da mahiyyəti həmin sinir uclarının ləğv edilməsindən ibarətdir.Bu prosedur uzun müsddət xəstəni ağrılardan xilas edir.Bəzi insanlarda bu sinirlərin bərpa sürəti ilə əlaqədar bu prosedur bir neçə aydan sonra təkrarlana bilər          

                Əgər faset oynaqlarda baş verən degenerasiya onurğa beyni sinirinin yatağını daraldaraq onun sıxılmasına və beləliklə  oturaq sinir ağrılarına səbəb olursa bu zaman transforaminal epidural steroid inyeksiyaları ən faydalı müalicə üsullarından sayılır.Əgər bu zaman ətrafa yayılan ağrı azalsa da beldəki ağrı davam edirsə bundan sonra isə medial şaxə radiofrekans ablasiya metodunu tətbiq etmək olar.Bundan əlavə bir sıra xəstələrə yanaşı olaraq  iltihab və ağrı əleyinə,depressiya əleyinə və digər gərək olan preparatların təyini lazım gələ bilər.

                Bel ağrılarında  digər köməkçi  müalicə metodları

                Fizioterapevtik üsullarla müalicə ağrı proseslərini çox uğurla tamamlayaraq  əzələ spazmının aradan qaldırılmasında,hərəkətin yaxşılaşmasında və ağrının azalmasında əhəmiyyətli rol oynayır.İnvaziv prosedurlardan sonra fizioterapiyanın təyini bir sıra hallarda aparılan prosedurun effektivliyini daha da artırır.O cümlədən bir sıra osteopatik və xiropraktik metodlar da faset oynaq ağrılarında faydalı ola bilir.Əğər xəstədə autoimmun problemlər varsa yanaşı olaraq revmatoloji müalicənin, yuxarıdakı bütün prosedurlar faydasız olarsa neyrocərrahi yanaşmanın vacibliyi ortaya çıxa bilər.