Bel TESI

Bel transforaminal epidural steroid inyeksiyaları

Transforaminal inyeksiyalar bir sıra bel ağrılarında xüsusən də fəqərə diki yırtıqları nəticəsində meydana çıxmış ağrılarda çox faydalıdır.Bu zaman bel ağrısına səbəb olan iltihab azalır və nəticədə iltihab səbəbindən daha da şişkinləşmiş diskin ölçüləri azalır. Bu müalicə üsulu sinir kompressiyası ilə müşaiyət edilən degenerativ disk

dəstəliklərində də effektivdir.

Onurğa kanalı daralmaları - spinal stenozlar  eyni zamanda bel fəqərələrinin kompression sınıqları zamanı da epidural inyeksiyalar ağrıların əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

Və nəhayət əgər səndə fəqərə diskinin annular yırtığı və ya sinir kökü yanında sinovial kista varsa bu üsul sənə çox kömək edəcəkdir.Ümumən transforaminal inyeksiya belində olan  və bir aşağı ətrafa yayılan ağrılar - lumboişalgiyalar zamanı çox faydalı hesab edilir.

            İnyeksiya zamanı fluoroskopdan istifadə edildiyindən prosedur hamilələr üçün tövsiyyə edilmir.O cümlədən çətin nəzarətdə saxlanılan xroniki xəstələlərdə məsələn şəkərli diabet və ya xroniki obstruktiv ağciyər xəstəlikləri zamanı ehtiyatlı olmaq tələb edilir.

Prosedur

            Prosedur ümumən ağrısız olduğundan əsasən sedasiyaya da ehtiyac olmur və poliklinik şəraitdə aparıla bilir.Patsient rentgen çarpayısına üzüquylu uzanır və qarnının altına kişğçik yastıq qoyulur.Prosedur aparılacaq nahiyə antiseptiklərlə işlənir və steril örtüklə əhatə edilir.Və müvafiq iynə fluoroskopun köməyi ilə çxüsusi texnika ilə fəqərəarası dəlikdən epidural sahəyə yeridilir.

            İynənin ucu sinir kökünə və xüsusən arxa kök qanqliona yaxın yerləşdirilir.Bu qanqlion ağrı hissinin generasiyası və onurğa beyninə ötürülməsində rol oynayır.Lokal olaraq bu nahiyəyə ağrını kontrola ala bilən preparatların yeridilməsi buradan ötürülən ağrı siqnallarının qarşısını alır.Bu baxımdan da iynə ucunun fluoroskop altında dəqiq yerləşdirilməsi çox vacibdir.Bir sıra hallarda onurğada olan degenerativ dəyişikliklər,artritlər,disk protruziyaları və yırtıqları nəticəsində fəqərəarası dəlik  çox darala bilir və sinirin sıxılma yerində iltihab başlayır kiç bu zaman steroidlə birlikdə fəqərəarası dəliyə anestetiklər də yeridilir.Bu prosesin uğurla aparılması üçün fluoroskopdan doğru istifadə əsas şərtlərdən sayılır.

            Bundan əlkavə sinirə nə qədər yaxın olmamız stimulyator vasitəsilə dəqiqləşdirilir. 

            Və nəhayət düzgün yerdə olduğumuzdan və damar daxilində olmadığımızdan əmin olmaq üçün kontrast maddə yeridilir.Kontrast çox asta-asta yeridilir və bundan sonra doğru yerdə olduğumuz təsdiqlənir və müvafiq dərman maddəsi inyeksiya olunur.İnyeksiya  zamanı  pasient sinirin sıxılması ilə bağlı belində yüngül basınc hissi qeyd edə bilər.Və sonda iynə çıxarılır və inyeksiya yeri steril bandajla qapanır.

Prosedur sonrası

            Prosedur sonrası sən palatada 30-60 dəq ərzində həkim nəzrətində monitorizasiya olursan.Burda məqsəd dərmanların hər hansı reaksiya vermədiyindən əmin olmaqdır.Həmin gün anestetiklərin təsirindən reflekslər nisbətən zəif ola bilir.Buna görə də avtomobil idarə etmək tövsiyyə edilmir.Və bir gün duş qəbul etməmək barədə instruktaj edilirsiniz.Növbəti gün isə tam normal,aktiv həyata davam edirsiniz.İynə yerində bəzən çox yüngül ağrı ola bilər ki,buzdan istifadə etməklə bu hiss də tam aradan qalxır."-3 gün ərzində belinizdə xəfif ağrılar qala bilər ancaq bundan sonra isə özünüzü rahat hiss etməyə başlayacaqsınız.

            Transforaminal inyeksiya çox effektiv üsul olmasına baxmayaraq bəzi xəstələrdə müəyyən müddət sonra yeni prosedura ehtiyac yarana bilər.

            Aparılan elmi tədqiqatlar transforaminal inyeksiyaların işalgiyalarda 90 %-ə qədər effektiv olduğunu göstərir.Pasientlən bu prosedurdan sonra ağrının azaldığını,hərəkətin və ümumən həyat keyfiyyətinin artdığını qeyd edirlər.Kiçik əlavə təsirləri ola bilsə də bu üsul beldən aşağı ətrafa yayılan ağrılarda əsas müalicə metodlarından hesab edilir.