Dirsək ağrılarının çoxu təkrarlanan hərəkətlərdən yaranan vətər zədələnməsi ilə bağlıdır. Bu, yalnız idmançılarda deyil — eyni hərəkəti gündəlik təkrarlayan hər kəsdə baş verə bilər.
Əlamətləri
- Tennisçi dirsəyi (lateral epikondilit): dirsəyin xarici hissəsində ağrı; əl sıxanda, bardaq qaldıranda, qapı açanda güclənir
- Qolfçu dirsəyi (medial epikondilit): daxili hissədə ağrı; biləyi bükəndə artır
- Ağrının bilək istiqamətinə yayılması
- Əldə güc azlığı, əşyanı saxlaya bilməmək
- Kubital kanalda sinir sıxılması olduqda çeçələ və adsız barmaqda keyimə
Səbəbləri
- Təkrarlanan qavrama və burma hərəkətləri (peşə və ya məişət yükü)
- Kompüter siçanı və klaviatura ilə uzunmüddətli iş, düzgün olmayan masa hündürlüyü
- Qəfil yüklənmə, ağır qaldırma
- Dirsəyin uzun müddət bərk səthə söykənməsi (sinir sıxılması)
Diaqnoz
Ağrılı nöqtənin dəqiq yeri və müqavimətə qarşı hərəkət testləri diaqnozu böyük ölçüdə müəyyən edir. USM vətərdəki dəyişiklikləri və sinir sıxılmasını göstərir; sinir keçiriciliyi müayinəsi tələb oluna bilər.
Müalicə
- Ağrını yaradan hərəkətin müvəqqəti azaldılması və iş üsulunun dəyişdirilməsi
- Ekssentrik məşqlər — vətər müalicəsində əsas elementdir
- Bandaj/ortez, buz tətbiqi
- USM nəzarəti altında hədəflənmiş inyeksiya, uyğun hallarda PRP
- Sinir sıxılması aşkarlandıqda sinir blokadası və ya hidrodissseksiya
Vətər müalicəsində nəticə həftələrlə ölçülür — məşqlərin müntəzəmliyi dərmandan daha vacibdir.


