Əl 27 sümükdən ibarət incə quruluşdur: güclü, dəqiq və çevik hərəkətlər etməyə imkan verir, lakin eyni səbəbdən zədələnməyə həssasdır.
Ən çox rast gəlinən səbəblər
- Karpal kanal sindromu: baş, şəhadət və orta barmaqda keyimə, iynəbatma; gecə oyadan narahatlıq, əli silkələməklə rahatlama
- De Quervain tenosinoviti: baş barmağın dibində, biləyin xarici tərəfində ağrı; körpə qaldıran valideynlərdə tez-tez rast gəlinir
- Tətik barmaq: barmağın bükülüb «ilişməsi» və səslə açılması
- Artroz: xüsusən baş barmaq dibi oynağında
- Kubital kanal sindromu: çeçələ və adsız barmaqda keyimə
- İltihabi oynaq xəstəlikləri (revmatoid artrit)
Nə vaxt həkimə müraciət etməli
Keyimə daimi hala keçirsə, əl əzələlərində arıqlama görünürsə, əşyaları əlinizdən salırsınızsa — gecikdirməyin. Sinir sıxılmasında erkən müalicə sinirin daimi zədələnməsinin qarşısını alır.
Diaqnoz
Müayinə, xüsusi provokasiya testləri və USM istifadə olunur; sinir sıxılmalarında sinir keçiriciliyi müayinəsi (EMG/ENMG) dəqiqlik verir.
Müalicə
- Gecə ortezi — karpal kanal sindromunda ilk addımlardandır
- İş yerinin və hərəkət vərdişlərinin korreksiyası
- USM nəzarəti altında inyeksiya və ya sinirin sərbəstləşdirilməsi (hidrodissseksiya)
- Fizioterapiya və hərəkət məşqləri
- İrəli mərhələdə cərrahi müdaxilə üçün yönləndirmə


