Klaster baş ağrısı nadir, lakin insanın tanıdığı ən şiddətli ağrılardan biridir. Adı ağrının «dəstələrlə» gəlməsindən götürülüb: tutmalar həftələr, bəzən aylar boyu hər gün təkrarlanır, sonra uzun müddət tamamilə yox olur.
Əlamətləri
- Bir gözün arxasında və ya ətrafında son dərəcə şiddətli, deşici ağrı
- 15 dəqiqədən 3 saata qədər davam edən tutmalar; gündə bir neçə dəfə təkrarlana bilər
- Tutmaların çox vaxt gecə, eyni saatlarda başlaması
- Ağrı tərəfində gözün qızarması və yaşarması, burun tıxanması və ya axması, göz qapağının düşməsi, üzün tərləməsi
- Miqrendən fərqli olaraq pasiyent uzana bilmir — narahatlıqdan otaqda gəzinir
Səbəbləri
Dəqiq mexanizm tam aydın deyil; beyin daxilində bioloji saatı idarə edən hipotalamusun və üçlü sinir–damar sisteminin rol oynadığı düşünülür. Tutma dövründə spirtli içki və siqaret tutmanı başlada bilər.
Nə vaxt həkimə müraciət etməli
Bu tip ağrı çox vaxt sinuzit, diş və ya göz problemi ilə səhv salınır və illərlə düzgün diaqnoz qoyulmur. Bir tərəfli, gözü tutan, gün ərzində təkrarlanan şiddətli ağrılarınız varsa, ağrı mütəxəssisinə müraciət edin. İlk dəfə başlayan, xarakteri dəyişən və ya nevroloji əlamətlərlə gedən ağrılarda müayinə mütləqdir.
Müalicə
- Tutmanın kəsilməsi. Bu ağrıda adi tabletlər gecikir; tez təsir edən üsullar seçilir.
- Profilaktika. Dəstə dövrü boyunca tutmaların qarşısını almaq üçün müalicə təyin olunur; tutma dövründə spirtdən imtina vacibdir.
- Girişimsel üsullar. Dərmana cavab verməyən hallarda sfenopalatin qanqlion blokadası və ya radiofrekans, ənsə siniri blokadası kimi üsullar nəzərdən keçirilir.
Müalicə planı ağrının növü dəqiqləşdirildikdən sonra fərdi qurulur.