Sakroiliak oynaq oma sümüyü ilə çanaq sümüyünü birləşdirir və bədənin yükünü ayaqlara ötürür. Az hərəkətli, lakin güclü yüklənən bu oynaq xroniki bel ağrılarının diqqətdən qaçan səbəblərindəndir.
Əlamətləri
- Belin aşağı hissəsində, adətən bir tərəfdə, oturaq nahiyəyə yaxın ağrı
- Ağrının buda və ya qasıq nahiyəsinə yayılması (adətən dizdən aşağı enmir)
- Uzun oturduqdan sonra, ayağa qalxarkən, pilləkən qalxarkən, bir ayağın üstünə çəkiləndə artma
- Yatarkən ağrı tərəfinə çevrilməkdə narahatlıq
Səbəbləri
- Hamiləlik və doğuşdan sonra bağların boşalması
- Travma — yıxılma, avtomobil qəzası
- Ayaq uzunluqları arasındakı fərq, yerişin pozulması
- Onurğa əməliyyatından sonra yükün oynağa keçməsi
- İltihabi xəstəliklər (sakroiliit)
Diaqnoz
Yalnız görüntüləmə ilə diaqnoz qoymaq çətindir. Müayinədə bir neçə xüsusi test tətbiq olunur; ən dəqiq üsul isə oynağın təsvir nəzarəti altında diaqnostik blokadasıdır — blokadadan sonra ağrının əhəmiyyətli azalması mənbəyi təsdiqləyir.
Müalicə
- Fizioterapiya: çanaq və omba əzələlərinin tarazlanması
- Oynağa təsvir nəzarəti altında inyeksiya
- Ağrı təkrarlandıqda oynağı innervasiya edən sinir budaqlarına radiofrekans müalicəsi
- Yerişin və ayaq uzunluğu fərqinin korreksiyası
Bel ağrısı uzun müddət keçmirsə və müalicə nəticə vermirsə, sakroiliak oynağın da yoxlanılması vacibdir.

